Accessibility links

Prezident Obama Mərkəzi Kəşfiyyat agentiyinin rəsmilərilə görüşür


ABŞ prezidenti Barak Obama Mərkəzi Kəşfiyyat agentliyinin rəsmilərilə məxfi görüş keçirmək və milli təhlükəsizlik məsələlərilə bağlı açıqlamalar vermək üçün agentliyin Vaşinqton yaxınlığındakı baş qərargahında olacaq. Bu, Buş administrasiyasının Mərkəzi Kəşfiyyat agentliyinin terrorçuluqda şübhəli bilinən şəxslərin kobud üsullarla dindirilməsinə icazə verdiyi haqda sənədlərin açıqlanmasından bir neçə gün sonra baş verir. Cənab Obamanın bu gün açıqlanan bəyanatında deyilir ki, administrasiyas belə dindirilməsi üsullarından istifadə edənləri cəzalandırmayacaq. Lakin prezident Obama səlahiyyət olmadan belə hərəkət edənlərin mühakimə ediləm biləcəyi məsələsini açıq qoyub.

XS
SM
MD
LG