ABŞ Dövlət katibi Hillari Klinton Riçard Moninqstarı Avrasiyada enerji
məsələləri üzrə xüsusi nümayəndə təyin edib.
Dövlət katibinin nümayəndəsi Robert Vud deyib ki, Morninqstar Rusiya və
Ukrayna, eləcə də Türkiyə, Mərkəzi Asiya və Qafqaz da daxil olmaqla, Avropada enerji
məsələləri ilə məşğul olacaq. O, Dövlət
katibinə regionda enerji strukturunun inkişafı, enerji mənbələrinin tranziti və
bölüşdürülməsi məsələlərilə bağlı tövsiyələr verəcək.
Riçard Morninqstar xanəm Klintonun həyat yoldaşı, prezidenti Bil Klintonun ikinci dönəm hakimiyyəti dövrü Avropa Birliyində səfir olmuşdur. Diplomatik karyerası dövrü o, Müstəqil Dövlətlər Birliyi üzrə prezident və dövlət katibinin müşaviri vəzifəsini icra edib. Bu vəzifədə Riçard Morninqstar bu dövlətlərlə əlaqələr yaratmış ABŞ-ın 16 hökumət agentliyilə ikitərəfli yardım, ticarət və investisiya fəaliyyətlərinə nəzarət edirdi. Peşəcə hüquqşünas olan Morninqstar Harvard Universitetinin Kennedi adına Hökumət məktəbində ictimai siyasət kursu üzrdə dərs deyib.