Accessibility links

Ədliyyə Nazirliyi Roksana Saberinin apellyasiya müraciətinə tez və ədalətli şəkildə baxılmasına çağırıb


İranın Ədliyyə Nazirliyi 8 il azadlıqdan məhrum edilən amerikalı jurnalist Roksana Saberinin apellyasiya müraciətinə tez və ədalətli şəkildə baxılmasına çağırıb. Ədliyyə Nazirliyinin bu gün açıqladığı bəyanatında deyilir ki, Ayətulla Mahmud Haşemi Şahrudi bu fərmanı məhkəmənin hökmündən iki gün sonra verib.

Dünən isə İran prezidenti apilyasiya müddətində jurnalistin müdafiə hüquqları ilə təmin edilməsinə çağırmışdı. İran mediasının xəbərlərində Mahmud Əhmədinejad baş prokurora göndərdiyi məktubda Saberinin qanun çərçivəsində özünü müdafiə etməsinə imkan verilməsini istəmişdi. İran prezidentinin bu tələbi Saberinin bir günlük məhkəmə prosesinə beynəlxalq tənqidlərlərin baş qaldırdığı vaxta təsadüf edir. ABŞ prezidenti Barak Obama xanım Saberinin təhlükəsiliyinə dair narahatlığını bildirərək, Vaşinqtonun onunla qanuni şəkildə davranıldığını təminat altına almağa çalışdığını deyib.

XS
SM
MD
LG