Accessibility links

ABŞ qanunvericisi xəbər agentliklərində yayılan məlumatları inkar edir


Nüfuzlu ABŞ qanunvericisi İsrailə lobbiçilik edən iki şəxs haqqında aparılan araşdırmalara müdaxilə etməsi barədə xəbər agentliklərində yayılan məlumatları inkar edir. Məlumatlarda deyilirdi ki, Kaliforniyadan demokrat senator Ceyn Harman 2005-ci ildə adı açıqlanmayan Amerika–İsrail İçtimai Əlaqələr Komitəsinin tərəfdarlarına deyib ki, O,Stiven Rosen və Keyt Veysman barəsində Buş Administrasiyasının üzvləri ilə danışacaq.

İsrail tərəfdarı sabiq lobbiçilər ABŞ rəsmilərindən və İsrail səfirliyi işçilərindən, eləcə də jurnalistlər və digər həmkarlarından İran və İraqa dair milli təhlükəsizlik məsələlərinə aid məlumatları əldə edərək, yaymaqda ittiham olunurlar.

Harman uzun müddətdir ki, Konqresin Kəşfiyyat Komitəsinin üzvüdür.

XS
SM
MD
LG