Accessibility links

Fidel Kastro ABŞ qarşısında şərtlər qoyur


Sabiq Kuba prezidenti Fidel Kastro deyir ki, ABŞ prezidenti Barak Obama onun kiçik qardaşının iki dövlət arasındakı münasibətlərdə istiləşmə haqda dediklərini səhv anlayıb. Bu gün hökumətin internet səhifəsində nəşr etdiyi yazıda Kastro yazır ki, prezident Raul Kastronun yeni ABŞ administrasiyası ilə danışıqlar aparmaq təklifi cəsarət nümunəsidir və inqilabın prinsiplərinə möhkəm inamı ifadə edir. Ötən həftə Cənubi Amerikanın solçu liderləri Venezuelada keçirilən sammitdə Kuba lideri demişdi ki, Havan Vaşinqtonla insan haqları və siyasi məhbuslar da daxil olmaqla bütün məsələləri müzakirə etməyə hazırdır. Onun bu sözləri cənab Obamanın Kubaya səyahətə və pul köçürülmələrinə qoyulan məhdudiyyətləri yumşaltmasına cavab idi.
XS
SM
MD
LG