Sri-Lanka ordusu deyir ki, hökumət qüvvələrinin
yaraqlıların ərazilərinə hücumu nəticəsində Tamil Pələnglərinin iki yüksək
rütbəli rəsmisi təslim olub. Ordunun məlumatına görə, yaraqlıların sözçüsü Daya
Master və siyasi yardımçı hökumət qüvvələrinə təslim olublar. Şri-Lanka müdafiə sözçüsü deyib ki, ordu
yaraqlıları ölkənin şimal-şərqində 13 kvadrat kilometrdən kiçik bir əraziyə
sıxışdırıb. Hökumət Tamil Pələnglərini
bir ərazidə məhv edib, 26 illik vətəndaş müharibəsinə son qoymaq istəyir. ABŞ
rəsmiləri və beynəlxalq qruplar müharibə zonasında mülki vətəndaşların
vəziyyətinə görə dərin narahatlıq keçirir. Şri-Lanka rəsmiləri deyir ki, 81 mindən çox
dinc sakin müharibənin davam etdiyi
ərazilərdən qaçıb.