Accessibility links

ABŞ Dövlət katibi Buş administrasiyasının İranı təcrid etmək siyasətinin işə yaramadığını deyir


ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Buş administrasiyasının İranı təcrid etmək siyasəti işə yaramayıb.Konqresin Vəsaitlər Komitəsi qarşsında çıxış edən xaınm Klinton deyib ki, təcrid etmə siyasəti İranı nüvə silahı istehsal etməyə çalışması səyləri, Hizbullah və Həmas kimi terror təşkilatlarına dəstək verməkdən çəkindirməyib. Obama administrasiyası əvvəlki administrasiyadan fərqli olaraq, iranlılarla dialoq yaratmağa çalışır. Dövlət katibi Klinton deyib ki, İranla diplomatiya aparmaq Tehrana qarşı sanksiyalar tətbiq etmək lazım olsa, ABŞ-ı daha güclü mövqeyə çıxara bilər. Çıxışı zamanı xanım Klinton Pakistanla bağlı narahatlığını ifadə edib.

XS
SM
MD
LG