Accessibility links

Rusiyanın xarici işlər naziri bu gün Seulda Cənubi Koreyalı həmkarı ilə görüşür


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyanın silahsızlaşdırılmasına dair danışıqlara artıq ehtiyac qalmadığını deyib. Dünən Sergey Lavrov Şimali Koreyanın nüvə proqramı il bağlı qarşıdurmanın həllinin dərhal nəticə verəcəyinin gözlənilmədiyini deyib. Pxenyanda Şimali Koreyalı həmkarı ilə görüşdən sonra nazir altı-tərəfli danışıqların iştirakçılarını emosiyalara qapılmamağa çağırmışdı. Lavrov Pxenyanın cari ayın əvvəllərində danışıqlarda iştirak etməyəcəyini elan etməsindən sonra o ölkəyə səfər edən ilk yüksək səlahiyyətli nümayəndədir. Rusiyanın xarici işlər naziri bu gün Seulda Cənubi Koreyalı həmkarı ilə görüşür.

XS
SM
MD
LG