Accessibility links

Türkiyə-Ermənistan yaxınlaşmasının Azərbaycana təsiri


Aprelin 23-də İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan ikitərəfli münasibətlərin normallaşdırılması, mehriban qonşuluq və qarşılıqlı hörmət çərçivəsində bölgədə barış, əmin-amanlıq və sabitlik məqsədi ilə intensiv səylər göstərməsi barədə razılığa gəliblər. Əlaqələrin hər iki tərəfi təmin edəcək şəkildə normallaşması üçün üzərində razılığa gəlinən bu çərçivədə həmçinin bir “yol xəritəsi” hazırlanıb. Atlas Araşdırmalar Mərkəzinin Elxan Şahinoğlunun fikrincə Ankara Ermənistanla yaxınlaşmaqla Avropa Birliyi və ABŞ-ın təzyiqlərindən yaxa qurtaqmağa çalışır. Türkiyənin xarici siyasətinin qonşularla normal əlaqələr yaradılması üzərində qurulduğunu bildirən cənab Şahinoğlu Türkiyənin son illərdə buna nail
olduğunu bildirir. Bir zamanlar türklərin qonşuları - İraq, Yunanıstan və İranla münasibətlərində problemlər olsa da, hazırda bu əlaqələrdə heç bir ciddi problem müşahidə olunur. Elxan Şahinoğlunun sözlərinə görə, hazırda yeganə fikirayrılıqları Ermənistanladır. Bu problemlər isə 3 məsələ üzərindədir: Ermənsitanın Türkiyəyə qarşı ərazi iddiası, “Soyqırım”ın tanınması siyasəti və işğal edilmiş Azərbaycan ərazilərinin boşaldılması. Analikin fikrincə Türkiyə və Ermənistan ilk iki məsələ ilə bağlı razılığa gəlməyə yaxındır: "Yerdə qalır 3-cü məsələ - Dağlıq Qarabağ məsələsi. Bu məsələ sanki bir qədər kəanra qoyulub. "YOl xəritəsin"də də vurğulandığı kimi Türkiyə ilə Ermənistan arasında başlanan dialoqun məqsədi sonrakı mərhələdə, yəni bu il ərzində Dağlıq Qarabaö münaqişəsi ətrafında bir razılığa gəlinməsidir. Ona görə də, Türkiyə "Yol Xəritə"si üzrə hərəkət edərsə, bu il ərzində sərhədlərin açılmasının şahidi ola bilərik".

Dağlıq Qarabağ ətrafında irəliləyiş olmadan Türkiyə ilə Ermənistan arasında razılığın əldə olunması ilkin mərhələdə Azərbaycan hökumətinin sərt etiraza səbəb oldu. Azərbaycan prezidentinin Türkiyənin dəvətini qəbul etməməsi və əvəzində Moskvaya yola düşərək Azərbaycan qazının satışı ilə bağlı razılığın əldə olunması bunu aydınca əks etdirir. Altas Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, sonradan Azərbaycan müdafiə naziri Səfər
Əbiyevin Türkiyə səfəri zamanı mətbuatda və ictimaiyyətdə dolaşan narazılıqlarla bağlı xəbərlərin Azərbaycan hökumətinin mövqeyini əks etdirməməsini söyləməsi rəsmi Bakı yol xəritəsi ilə raşılacağına işarə idi: "Bu gün artıq bir xəbər də gəldi ki, rəsmi Bakı Türkiyəyə satdığı qazın qiymətini artırmağa çalışır. Bu bir daha Azərbaycan hakimiyyətinin narahatlığını göstərir. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakıya səfəri gözlənilir. Yəqin ki, bu səfər nəticəsində rəsmi Bakının hansı siyasi kursu götürəcəyi bəlli olacaq".

Dünən isə Türkiyə xarici işlər naziri Əli Babacan açıqlamasında deyib ki, Türkiyənin Qafqazdakı hədəfi tam normallaşmaya nail olmaqdır. Nazirin sözlərinə görə, normallaşma deyərkən Türkiyə yalnız özünün Ermənistanla münasibətlərini deyil, Ermənistan-Azərbaycan münasibətlərini də nəzərdə tutur. Bu bəyanatı diplomatik addım adlandıran cənab Şahinoğlu Türkiyənin ən böyük istəklərindən birinin bu il ərzində Minsk qrupunun həmsədrliyi ilə ən azı Azərbaycanın işğal altında olan 5 rayonunun geri qaytarılması olduğunu deyir: "Digər məsələ də ondan ibarətdir ki, Ankaranın irəli sürdüyü Qafqaz İstiqrar paktı çox şişildilmiş bir cəhddir. Bunu həyata
keçirmək də çətindir. Bugünkü hadisələr göstərir, rəsmi Ankara Qafqaz İstiqrar Paktı adı adında sadəcə Türkiyənin xarici siyasətinə aid olan problemləri həll etmək istəyirmiş".

Qeyd edək ki, Elxan Şahinoğlunun vurğuladığı bu pakta Türkiyə, Azərbaycan və Ermənistanla yanaşı, Rusiya ilə Gürcüstanın da daxil olması da nəzərdə tutulmuşdu. Ancaq aralarında münaqişə olan bu bir neçə dövlətin bir platform altında birləşməsi heç də real görünmür.

XS
SM
MD
LG