Accessibility links

Çernobıl hadisəsindən 23 il keçir


Ukraynada bu gün 1986-cı ildə Çernobıl Atom Elektrik stansiyasında baş vermiş fəlakət qurbanlarının xatirəsi yad edilir. Ölkənin prezidenti Viktor Yuşenko hər il təşkil edilən anım mərasimlərinə qatılıb. Çernobıl qurbanlarının xatirəsinə ucaldılmış abidənın önününə əklil qoyulması mərasimi zamanı ona bir çox dövlət rəsmiləri də qoşulub. Hadisə Belarusun katolik və provaslav kilsələrində də dua mərasimlərilə qeyd edilib. Bu gün müraciəti zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, ölkəsinin Çernobıldan 15 kilometr aralıda olan cənub-şərq sərhəd bölgəsinin 70 faizi də fəlakətin təsirinə məruz qalıb.
XS
SM
MD
LG