Accessibility links

Əfqanıstan rəsmiləri 6 ton narkotik maddəni məhv ediblər


Əfqanıstan rəsmiləri paytaxt Kabilin ətraflarında altı ton narkotik maddə və narkotik ehtiyatlarını yandırblar. Əfqanıstanın narkotik maddələr əleyhinə mübarizə naziri general Xodaydad Xodaydad narkotiklərin məhv edilməsini terrorizmə qarşı böyük müvəffəqiyyət kimi qiymətləndirib.Lakin o həmçinin qeyd edib ki, altı ton Əfqanıstan üçün kiçik göstəricidir.

Əfqanıstan dünya üzrə narkotik maddələrin istehsalının 90 faizini təmin edir. Taliban üsyançılarının maliyyəşdirilməsinin bir hissəsi narkotik maddələr alverinin payına düşür.

BMT-nin bildirdiyinə görə, Əfqanıstanda təkcə keçən il 3.5 milyard dəyərində 8 min ton tiryək istehsal edilib. Xaş-xaş fermerləri və narkotik alverçilərindən alınan vergilər nəticəsində taliban yaraqlılarının 500 milyon dollara qədər vəsait toplaya bildiyi deyilir.


XS
SM
MD
LG