Ermənistanın hakim koalisiyasında yer alan
Daşnaqsutyun partiyası Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlara etiraz əlaməti olaraq
koalisiya hökumətini tərk etməsini açıqlayıb. Partiya bildirib ki, koalisiyadan
çıxmağının səbəbi keçən həftə Türkiyə ilə əldə olunan razılaşmadır. “Yol
xəritəsi” Ermənistanın Türkiyə ilə diplomatik əlaqələr yaratmasının əsasını qoyur. Daşnaqsutyun
Partiyası bildib ki, Türkiyə erməni soyqırımını tanınmamışdan əvvəl bu ölkə ilə
razılaşmağa hazırlaşan bir hökumətdə qala bilməz.