Accessibility links

Britaniyanın baş naziri Qordon Braun Həmid Karzayla görüşüb


Britaniyanın baş naziri Gordon Braun “terrorizmin mərkəzi” Əfqanıstanla Pakistan arasındakı dağlıq sərhəd bölgələrində terrorçularla mübarizənin yeni strategiyasını müzakirə etmək üçün prezident Həmid Karzayla Kabildə görüşüb. Cənab Braun bu gün bildirib ki, Əfqanıstan hökuməti artıq İraqdakı kimi bütün ölkə boyu təhlükəsizliyin təmin edilməsi məsuliyyətini öz üzərinə götürməlidir. O, bununla müəyyən müddət ərzində vilayətlərin təhlükəzisliyinin tam olaraq Əfqanistan qüvvələrinə təhvil verilməsini nəzərdə tutur. Buna görə də o, minlərlə əlavə Əfqan əsgərinin təlimdən keçirilməli olduğunu deyib. Britaniyanın baş naziri Gordon Braunprezident Asif Əli Zərdari ilə də görüşmək üçün bu gün axşam Pakistana gedib.

XS
SM
MD
LG