Accessibility links

Mehdi Kərrubi Mahmud Əhmədinejadın siyasətinin dəyişdiriləcəyinə söz verir


İranın növbəti prezidentliyinə islahatçı namizəd Mehdi Kərrubi prezident seçildiyi təsdiqdə, hazırkı dövlət başçısı Mahmud Əhmədinejadın siyasətinin dəyişdiriləcəyinə söz verib. Mötədil ruhani bu gün bildirib ki, prezident Əhmədinejad İranı beynəlxalq təcridə məruz qoyub. O, dünyanın aparıcı qüdrətləri ilə diplomatik siyasətə üstünlük verəcəyini bildirib. İran parlamentinin sabiq spikeri deyib ki, Mahmud Əhmədinejad Holokastı inkar etməklə, Qərbə lazımsız antaqonizm nümayiş etdirir. Mehdi Kərrubi prezidentin bəyanatlarının düşünülməmiş olduğunu və İranın maraqlarına ziyan vurduğunu deyib.

Kərrubi iyun ayının 12-də keçiriləcək prezident yarışlarında iştirak edən dörd namizəddən biridir.

Islahçı namizəd Mir Hüsyn Musəvinin Mahmud Əhmədinejadın birnömrəli rəqibi olacağı gözlənilir.

XS
SM
MD
LG