Accessibility links

İran rəsmiləri Roksana Saberinin aclıq aksiyası barədə xəbərləri təkzib ediblər


İran rəsmiləri Roksana Saberinin aclıq elan etməsi xəbərlərini təkzib ediblər. Onlar deyiblər ki, xanım Saberinin aclıq aksiyası barədə xəbərlər təbliğat məqsədilə yayılıb. Jurnalistin atası dünən bildirib ki, qızı aclıq aksiyasına görə olduqca zəifdir. Atasının sözlərinə görə xanım Saberi aclıq aksiyasını dayandırması barədə müraciətləri rədd edib. O, azadlığa buraxılana qədər aksiyanı davam etdirəcəyini bildirib. İran mənşəli amerikalı jurnalist casusluq ittihamı ilə 8 il həbsə məhkum edilməsinə etiraz olaraq bir həftə əvvəl aclıq aksiyasına başlayıb. İranın yarı-rəsmi İSNA xəbər agentliyi prokuror Həsən Haddada istinadən xəbər verir ki, Roksana Saberinin vəkili apelyasiya məhkəməsinə müraciət edib.

XS
SM
MD
LG