Accessibility links

Şimali Koreya BMT Təhlükəsizlik Şurasının üzr istəməsini tələb edir


Şimali Koreya bildirib ki, BMT raket sınağı ilə bağlı ona qarşı irəli sürdüyü ittihamlara görə üzr istəməsə, Şimal ikinci raket sınağı həyata keçirə bilər. Şimali Koreyanın Narici İşlər Nazirliyi Pxenyanın tələb etdiyi kimi, BMT-nin Təhlükəsizlik Şurası üzr istəmədiyi təqdirdə onun ölkəsi özünü müdafiə məqsədi ilə daha bir addım ata bilər. Şimali Koreya bəyanatda nüvə partlayıcıları və interkontinental ballistik raketlərin də bu sınaqlara daxil ola biləcəyi haqda xəbərdarlıq edib.

Bu ayın əvvəlində BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın uzaqmənzilli raketi sınaqdan keçirdiyi üçün qınamışdı. Dünya ölkələrinin çoxu isə Şimali Koreyanın ballistic raketlər üçün başlıqlar hazırladığını deyirlər. BMT-nin 2006-cı ildə Pxenyanın nüvə silahlarına qarşı irəli sürdüyü sanksiyalar Şimali Koreyaya məxsus üç şirkətə qarşı yönəlib. Şimali Koreya isə raketin fəzada satellit mahiyyətli olduğunu deyir. Bu gün Şimali Koreya bildirib ki, BMT-nin ona qarşı irəli sürdüyü sanksiyalar qeyri-qanunidir və provokasiya xarakteri daşıyır.


XS
SM
MD
LG