Accessibility links

Qırğızıstan ABŞ-la danışıqları təkzib edir


Qırğızıstan ABŞ qüvvələrini Qırğız hava bazasından çıxarmaq haqda qərarı dəyişmək haqda danışıqlar apardığını təkzib edib. Ölkə baş naziri İqor Çudinov çərşənbə günü bildirib ki, onun administrasiyasından heç kəsə Manas hava bazası üzərində danışıqlar aparmağa səlahiyyət verilməyib. Bir gün öncə ABŞ müdafiə nazirliyi danışıqlarda proqres əldə olunduğunu bildirmişdi, lakin əlavə detallar açıqlamamışdı. Fevral ayında Qırğız hökuməti ABŞ-a bazanı tərk etmək üçün 6 ay vaxt verdiyini elan etmişdi. Mart ayında Moskvadakı görüşdən sonra Qırğızıstan xarici işlər naziri hökumətinin qərarı dəyişməyəcəyini elan etdi.
XS
SM
MD
LG