Əfqanıstandakı Amerika hərbçilərinin məlumatına görə, koalisiya və əfqan qüvvələri bu gün ölkənin cənubunda keçirdikləri əməliyyat zamanı 32 yaraqlını öldürüblər, xeyli sayda hərbi sursat və narkotik aşkar olunub.
Əməliyyatlardan biri Uruzğan vilayətində həyata keçirilib və orada 23 militant öldürülüb. Digər əməliyyat isə Helmənddə olub.
Hərbçilərin dediyinə görə, əfqan və koalisiya qüvvələri ərazidə hücumlar hətaya keçirməyə hazırlaşan yaraqlıların qarşısını kəsiblər.
Bölğədə aparılan axtarışlar nəticəsində hərbçilər külli miqdarda narkotik də aşkarlayıblar.
Bu arada, Avstraliya bəyan edib ki, avqust ayında Əfqanıstanda keçiriləcək milli seçkilər ərəfəsində bu ölkəyə daha 450 əlavə qüvvə göndərəcək.
Məqsəd yerli qüvvələrə təlimlər keçmək və təhlükəsizlik tədbirlərini gücləndirməkdir.
Avstraliyanın baş naziri Kevin Rudd deyib ki, qrup habelə Əfqanıstandakı Avstraliya vətəndaşlarına qarşı terror aktı hədələrinin azaldılmasına yardım edəcək.
Avstraliya Əfqanıstanda ən böyük hərbi qüvvəyə malik qeyri- NATO ölkəsidir.