Accessibility links

ABŞ-Meksika sərhəddi qripin yayılmasına baxmayaraq açıq qalacaq


Obama administrasiyası donuz qripinin yayılmasına baxmayaraq, ABŞ-Meksika sərhəddini açıq saxlamaq qərarında qalır.

ABŞ-ın vitse-prezidenti Co Bayden məsələni CBS və NBC tele-şirkətlrinə müsahibələr zamanı müzakirə edib.

Onun bildirdiyinə görə, sərhədlərin bağlanması əhəmiyyətli dərəcədə faydalı olmadığı halda, çox böyük bir ölçü olardı.

Bununla belə, Bayden deyib ki, o öz ailə üzvlərinə təyyar və ya qatarla səfərə çıxmağı tövsiyə etməzdi.

O, qapalı şəraitdə xəstəliyin yayılması riskinə görə ehtiyat etdiyini əlavə edib.

Lakin Ağ Ev bu fikirləri şərh etməyə çalışaraq, bəyan edib ki, vitse-prezidentin tövsiyəsi administrasiyanın amerikalıların lazım olmadığı halda, təyyarə ilə Meksikaya səfərlər etməməsi fikrinə uyğundur.

XS
SM
MD
LG