Accessibility links

Kuba və İran ABŞ-ın terrorizmə dair siyahısına etiraz edir


Kuba və İran rəsmiləri bildirir ki, Birləşmiş Ştatlar başqa ölkələri terrorizmdə ittiham etmək səlahiyyətinə malik deyil. Kuba Xarici İşlər naziri Bruno Rodriges və İranın Xarici İşlər naziri Mənuçehr Möttəki Birləşmiş Ştatları bu iki ölkəni terrorizmi dəstəkləyən ölkələr siyahısına saldığına görə kəskin tənqid ediblər. Rodriges ABŞ-ı beynəlxalq cinayətkar adlandırıb.

ABŞ Dövlət Departamenti özünün qlobal terrorizmə dair illik hesabatında İranın 2008-ci ildə terrorizmi dəstəkləyən başlıca ölkə kimi qaldığını bəyan edib. Burada deyilir ki, İranın Qüds korpusu Livan hökumətini məhv etmək və İsrail əleyhinə kampaniya aparmaq məqsədilə Livanda Hizbullaha silah və təlim vermək, habelə təşkilatı maliyyəşdirməyə davam edir. Sənəddə həmçinin Kuba, Sudan və Suriya da terrorizmi dəstəkləyən ölkələr kimi göstərilir.

XS
SM
MD
LG