Accessibility links

Müqtəda əl-Sədr Türkiyə rəsmilərilə görüşüb


Türkiyə rəsmiləri İraqın şiə müsəlman ruhanisi Müqtəda əl-Sədrin bu gün Ankarada ölkənin liderlərilə qonşu İraqda siyasi vəziyyəti müzakirə etdiyini bildiriblər. Rəsmilərin bildirdiyinə görə, Amerika əleyhdarı ruhani Baş nazir Rəcəp Tayyib Ərdoğan və prezident Abdulla Güllə ayrı-ayrılıqda danışıqlar aparmaq üçün Türkiyə paytaxtına səfər edib. Mətbuatda verilən məlumatlarda onun Türkiyəyə belə görünür, İrandan səfər etdiyi haqda xəbərlər verilir. Sədr İraqda ABŞ-ın hərbi mövcudluğuna ən kəskin etiraz edən şiə opponentdir. 2007-ci ildən ictimaiyyət qarşısına çıxmayan ruhaninin ya İran, ya da İraqın özündə gizləndiyi ehtimal edilirdi.

XS
SM
MD
LG