Accessibility links

Barak Obama Əfqanıstan və Pakistanın dövlət başçılarını Vaşinqtonda qəbul edəcək


Ağ Evin bildirdiyinə görə, prezident Barak Obama gələn həftə Əfqanıstan və Pakistanın dövlət başçılarını Vaşinqtonda qəbul edəcək. Ağ Evin sözçüsü Robert Qibbs ABŞ prezidentinin Həmid Karzai və Asif Əli Zərdari ilə birgə və ayrı-ayrı görüşlər keçirəcəyini bəyan edib.

Bu arada The New York Times qəzeti Obama administrasiyasının Pakistanın sabiq baş naziri Nəvaz Şəriflə təmas yaradılması məsələsini nəzərdən keçirdiyini yazır. Nəvaz Şərif Pakistanın müsəlman N Liqası partiyasına rəhbərlik edir və Pakistan islamçıları ilə əlaqəyə malikdir. Qəzetin yazdığına görə, ABŞ rəsmiləri bu yolla Taliban təhlükəsini aradan qaldırmağa çalışacaq.


XS
SM
MD
LG