Accessibility links

Barak Obama administrasiyasının H1N1 virusuna qarşı ciddi tədbirlər gördüyünü deyib


ABŞ prezidenti Barak Obama administrasiyanın H1N1 donuz qripi virusuna qarşı ciddi tədbirlər gördüyünü deyib. Həftəlik radio müraciəti zamanı Barak Obama müalicə və peyvənd tədbirlərinə 1.5 milyon dollar vəsait ayrılması tələbi ilə Konqresə müraciət etməsi də daxil, hökumətin lazımi ölçülərə artıq əl atdığını bildirib.

ABŞ dövlət başçısı bildirib ki, qripin bu növünə qarşı mövcud olan anti-virus preparatları ilə mübarizə aparmaq mümkündür. Lakin prezident deyib ki, virusun daha təhlükəli forma almasından öncə lazımi bütün qoruyucu tədbirlərə əl atılmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatı artıq 15 ölkədə 615 nəfərin donuz qripinə yoluxduğunu bildirir. Ən son yoluxma halları Cənubi Koreya, Fransa, Danimarka və Honq Konqda qeydə alınıb.

XS
SM
MD
LG