Koalisiya və əfqan qüvvələri ötən gün Əfqanıstanın şərqindəki hücumlar zamanı NATO və ABŞ hərbçilərinin öldürülməsindən sonra bu ölkədəki yaraqlıları hədəf alıblar.
Helmand vilayətində aparılan əməliyyatlar nəticəsində 5 yaraqlı öldürülüb.
Dünən Əfqanıstanın şərqində 3 Amerika və 2 Latviya əsgəri öldürülüb.
Amerika komandanlığının verdiyi məlumata görə, yaraqlılar hücum edərək kolaisiya qüvvələrinin hərbi məntəqəsini atəşə tutub, silah anbarını partladıblar.