Accessibility links

Pakistanın Əfqanıstanla sərhədləri yaxınlığında 16 yaraqlı və 2 əsgər öldürülüb


Pakistan rəsmiləri bildirirlər ki, bu gün Əfqanıstan sərhədləri yaxınlığında təhlükəsizlik qüvvələrilə yaraqlılar arasındakı atışmalarda 16 yaraqlı və 2 əsgər öldürülüb. Rəsmilərin dediklərinə görə, keşikçi əsgərlər tayfaların yaşadığı Mohmad mahalında yaraqlıların hücumuna məruz qadıqdan sonra hərbi qüvvələr keşikçilərə yardım göstərmək üçün yaraqlılara hücum ediblər.Bu bölgə təhlükəsizlik qüvvələrilə islamçi ekstremistlərin döyüşlərinə səhnə olub. Rəsmilər bildirirlər ki,bir neçə gündən bəri tərəflər arasında baş verən toqquşmalar nəticəsində 170-dən çox yaraqlı və 2 polis zabiti öldürülüb.

XS
SM
MD
LG