Accessibility links

Panamada prezident seçkiləri keçirilir


Panamalılar bu gün ölkənin iqtisadi mühərriki olan Panama Kanalının genişlənməsini təbliğ edən yeni prezident seçirlər. Seçicilər supermarket maqnatı, müxalif Demokratik Dəyişiklik Partiyasından Rikardo Martinelli və keçmiş mənzil naziri, hakim İnqilabi Dəyişiklik Partiyasından Balbina Herrera arasında seçim edəcəklər. Seçki öncəsi sorğular Martinellinin rəqibindən iki dəfə çox dəstəyə malik olduğunu göstərir. Bu il qlobal maliyyə böhranı Panamanın iqtisadi artımını azalda bilər, ona görə də hər iki namizəd seçki kampaniyaları zamanı yoxsul panamalılara rifah vəd edib. Namizədlər geniş gəmilərin daxil olması üçün Panama Kanalının genişləndirilməsinə 5 milyard dollar ayrılmasını dəstəkləyir. Bu isə panamalılar üçün çoxsaylı yeni iş yeri deməkdir.

XS
SM
MD
LG