Accessibility links

ABŞ Müdafiə naziri Yaxın Şərqə yola düşüb


ABŞ Müdafiə naziri Robert Geyts Yaxın Şərqdə müttəfiqləri Vaşinqtonun İrana dair siyasətinin ərəb dövlətləri ilə uzun müddətdir qurulmuş münasibətlərə təsir göstərməyəcəyinə əmin etmək üçün regiona səfər edir. Geyts bu gün Misrə yola düşəcək və həftənin sonu Səudiyyə Ərəbistanında olacaq. Təyyarədə onu müşayiət edən müxbirlərə danışan Geytin sözlərinəö görə, o ümid edir ki, ABŞ-ın Tehranla münasibətləri yaxşılaşdırmaq istiqamətində hər hansı addımı təkcə Birləşmiş Ştatlar deyil, bütün regionda təhlükəsizliyin artmasına gətirib çıxaracaq. Geyts bildirib ki, regionda müşahidə edilən bəzi narahatlıqlar Tehranla Vaşinqtonun münasibətlərinin gələcəkdə hansı şəkil alacağı ilə bağlı bir hissə əsaslanır.

XS
SM
MD
LG