Accessibility links

Çindən 70 Meksika vətəndaşı vətəninə qaytarılır


Meksikadan çarter təyyarəsi ilə Çindən 70 Meksika vətəndaşı vətəninə qaytarılır. Həmin şəxslərin A H1N1donuz qripi virusu daşıyıcısı olduğundan ehtiyat edilir. Xaricilərin Çində karantin altında saxlandığı barədə xəbərlər bu gün yayılıb. 25 kanadalı tələbə və 2 amerikalı Çinin şimal-şərq bölgəsində karantində saxlanılır. Çin bu kəskin ölçülərə ictimai sağlamlıq maraqları nəzərə alınaraq əl atıldığını bildirir. Bu ölçülər ciddi narahatlıqlar və mübahisələrə səbəb olub. Meksika prezidenti Filipe Kalderon meksikalılarda donuz qripi simptomları aşkar edilmədiyi üçün bu taktikanı ayrıseçkilik kimi qiymətləndirib.

Amerika, Avropa və Asiya ölkələrində hər gün bu xəstəliyə yoluxanların sayı artır.

XS
SM
MD
LG