Accessibility links

Medvedevin prezidentliyinin ildönümündə səslənən əsas sual: Rusiyanın rəhbəri kimdir?


Mayın 7-də Rusiyada Vladimir Putinin prezidentliyini davamçısı Dimitri Medvedevə ötürməsinin bir illiyi tamam oldu.

Medvedev ötən il martın 1-də keçirilmiş seçkilərdə qalib gəlmişdi. Lakin hətta bir ildən sonra da Rusiyaya kimin rəhbərlik etdiyi və Medvedevin reallıqda nə qədər güclü olması kimi suallar səslənməkdədir.

Medvedev prezidentliyə başlayanda Rusiyanın strateji nüvə silahlarının kodlarını daşıyan çanta ona təhvil verildi.

Həmin vaxt o, ölkə iqtisadiyyatının inkişafı, eləcə də vətəndaş hüquqlarının inkişafı sahəsində fəaliyyət göstərəcinə söz vermişdi ki, Rusiyanın yeni rəhbəri həmin öhdəliyi sonradan dəfələrlə təkrar edib.

Prezidetliyinin ilk iki saatı ərzində o, sələfi və yolgöstərəni Vladimir Putini baş nazir postuna nominasiya etdi.

Lakin prezidentliyinin ilk ildönümündə, Medvedevin qanunvericilik sahəsində gördüyü işlər o qədər də qənaətbəxş hesab olunmur.

Onun ən mühüm xidməti ölkədə prezidentlik müddətinin artırılmasına dair Konstitusiyaya edilən dəyişiklik idi ki, bunun da yenidən dövlət başçısı postuna gözlənilən Vladimir Putin üçün hesablandığı güman olunur.

Kommunist partiyasının lideri Gennadi Züqanov Rusiya prezidentinin tənqidçilərindəndir.
Cənab Züqanov danışır ki, Medvedev bir çox həvəsləndirici vədlər vermişdi - korrupsiya ilə mübarizədən tutmuş dialoqların labüdlüyünə qədər.

O, hətta televiziyalarda müxalifətə efir vaxtının deilməsinə dair qanunvericilik təşəbüsü irəli sürmüşdü.

“Ancaq hakimiyyət rəsmilərinin real davranışları və səslənən rela bəyanatlar məhz bunun əksini göstərir”, -deyə Züqanov bildirir.

Düzdür, cənab Medvedev insan haqları aktivistləri ilə görüşlər keçirir, demokratik islahatlardan bəhs edir, lakin yerli siyasətçilər ölkədə bu sahədə vəziyyətin dəyişmədiyini bildirirlər.

Maşa Lipman Karnegie Moskva Mərkəzinin jurnal redaktorudur. O deyir ki, bu cür görüşlər Kremlin siyasətinin durulaşmaslna kömək etmir.

Maşa Lipman söyləyir ki, əslində bu görüşlərin əsas mesajı belədir ki, əgər sizdə tənqidi fikirlər varsa, onu birbaşa prezidentə deyin, ictimaiyyətə sızmasına isə yol verməyin.

Ötən ilki prezidentlik kampaniyası dövründə Vladimir Putin deyirdi ki, Dmitri Medvedev onun administrasiyasının uğurlu iqtisadi siyasətini davam etdirəcək.

Rusiya birjalarının Medvedevə reaksiyası inaqurasiya günündə 2 həftə ərzindəki ən yüksək səviyyəyə qalxmaq oldu. Ancaq o vaxtdan sonra iqtisadi tənəzzül öz təsirini göstərir.

İqtisadiyatda müxtəlifliyin olmaması və maliyyə sistemi ilə bağlı problemləri qəbul edən Vladimir Putin isə deyir ki, iqtisadi böhranın səbəblərini Rusiya liderlərində yox, xaricdə axtarmaq lazımdır.

Putin deyir ki, qlobal maliyyə sisteminin bu vəziyyətə düşməsinə təkan verən əsas amillər iqtisadiyyatın ucuz valyutayla dəsdəklənməsi və ABŞ-da yaranmış ipoteka böhranı idi ki, bu da qısa müddətdə özünü həm xarici bazarlarda, həm də Rusiyada iqtisadiyyatın əsas sektorlarında göstərməyə başladı.

Bəs Rusiyanın rəhbəri kimdir? Bu suala Medvedev hələ ötən il prezident seçildikdən sonra ilk mətbuat konfransında belə cavab vermişdi.

Medvedev xatırladıb ki, Rusiya Konstitusiyasına görə, xarici siyasəti ölkədə prezident müəyyənləşdirir.

Lakin ötən il Rusiyanın xarici siyasətində ən mühüm böhran olan, avqust ayında Gürcüstanla baş verən savaş zamanı konflik zonasının yaxınlığına gedərək, həm həbiçilərin mənəviyyatını yüksəldən, həm də göstərişlər verən Medvedev yox, Putin idi.

Maşa Lipman deyir ki, Rusiyada hakimiyyətin dayağı rəsmi təsisatlar deyil, səhnə arxasında həll olunan qeyri-rəsmi sövdələşmələrdir.

Ölkədə keçirilən etibarlı rəy sorğuları isə göstərir ki, əhalinin yanlız 15 faizi hakimiyyətin Medvedevin əlində olduğuna inanır.

Respondentlərin 50 faizi isə hakimiyyətin prezidentlə baş nazir arasında birgə bölüşüldüyü fikrindədir.

XS
SM
MD
LG