Accessibility links

Məhkəmə Roksana Saberinin apellasiya müraciətinə bazar günü baxacaq


Iranlı amerikalı jurnalist Roksana Saberinin vəkili məhkəmənin onun apellasiya müraciətinə bazar günü baxacağını bildirib.Əbdülsəməd Xorrəmşahi bunu bu gün elan edib.Hələlik Saberinin işi ilə bağlı qərarın dəyişdirilməsi üçün məhkəməyə nə qədər vaxt lazım olduğu məlum deyil.

Roksana Saberi keçən ay casusluq ittihamları ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilmişdi.Onun ailəsi və ABŞ hökuməti ona qarşı ittihamların əsassız olduğunu bildirir.

İran işlə bağlı beynəlxalq ictimaiyyətin müdaxiləsini tənqid edərək, ədliyyə sisteminin müstəqil təsisat olduğunu və xarici müdaxilənin beynəlxalq normalara zidd olduğunu bəyan edir.

XS
SM
MD
LG