Accessibility links

Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu Nyu Yorkda BMT Baş katibi Ban Ki Munla görüşüb



BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Əhməd Davutoğlu Yaxın Şərq sülh prosesindın danışaraq Türkiyənin İsrail-Fələstin münaqişəsinin sülh içində, dinc yanaşı yaşayan iki dövlətin mövcüdlu prinsipi əsasında nizamlanması fikrinə dəstəyini bildirdi. Türkiyə Xarici işlər naziri ikitərfli görüşləri çərçivəsində Fransa və Rusiya xarici işlər nazirləri Bernar Kuşner və Sergey Lavrovla danışıqlar aparıb. Bu görüşlərdə Türkiyənin Avropa Birliyinə üzvlüyü, Qafqaz regionunda vəziyyət, Dağlıq Qarabağ münaqişəsi müzakirələrin diqqət mərkəzində olub.

BMT Baş katibi Ban Ki Munla görüşdə Əhməd Davutoğlu Iraq, Yaxın Şərq, Əfqanıstan v Pakistan, habelə Kipr probleminin nizamlanması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

XS
SM
MD
LG