Accessibility links

Ağ Ev Barak Obamanın Bağdaddakı hadisədən sarsıldığını bildirir


İraqın təhlükəsizlik rəsmiləri deyirlər ki, intiharçının ölkənin şimalındakı Kərkük şəhərində içərisində bomba olan avtomobili polis patrolu ilə toqquşdurması nəticəsində 5 polis rəsmisi və bir mülki vətəndaş həlak olub.

Rəsmilər deyirlər ki, bu gün baş vermiş bomba partlayışında, rəsmilər və mülki vətəndaşlar da daxil, azı 14 adam isə yaralanıb.

Kərkük İraqın şimalında neft istehsal olunan əsas şəhər olmaqla yanaşı, habelə kürdlərlə ərəb icması arasında çəkişmələrin mərkəzində durur.

Dünən ABŞ hərbçilərinin verdiyi məlumata görə, Birləşmiş Ştatların Bağdaddakı hərbi bazasında bir amerikalı əsgər digər 5 əsgəri öldürüb.

Ağ Ev rəsmiləri prezident Barak Obamanın bu hadisədən sarsıldığını bildiriblər.

XS
SM
MD
LG