Accessibility links

Afina şəhəri yaxınlığında bomba partlayışı həyata keçirilib


Yunanıstan polisinin bildirdiyinə görə, bu gün səhər Afinanın cənubunda bomba partlayışı həyata keçirilib. Partlayış zamanı zəzər çəkənlərin olmadığı bildirilir. Partlayışdan 30 dəqiqə əvvəl naməlum bir şəxsin Yunanıstan qəzetinə zəng edərək, partlayış barədə xəbərdarlıq etdiyi və bombanın Afina şəhəri yaxınlığındakı Avropa bankının girəcəyinə qoyulduğu bildirilir. Bununla yanaşı dövlət elekrtrik şirkətinin ərazisində yanğın törədildiyi, lakin xəsarət alanların olmadığı xəbər verilir. Rəsmilər bu hücumda anarxistlərdən şübhələnirlər.

XS
SM
MD
LG