Accessibility links

Hindistanda parlament seçkiləri başa çatdı


Hindistanın şimalında Kəşmirdən tutmuş ölkənin cənubunadək, Tamil Nadu ştatlarınadək Hindistan sakinləri 86 seçki dairəsində 543 yerlik parlamentə səs vermişlər. Seçkilərin nəticələrinin şənbə günü açıqlanacağı deyilir. Dehlidə isə əsas diqqət mərkəzində seçkilərdə qalib çıxa biləcək aparıcı Konqres və müxalifətin Bharatiya Canata partiyalarıdır. Güman edilir ki, seçkilərin nəticələri qarışıq olacaq. Siyasi təhlilçilər şənbə günü açıqlanacaq nəticələrin ardınca siyasi sövdələşmələrin başlanacağını proqnozlaşdırırlar. Kiçik partiyalar isə seçkilərdə kimin qələbə əldə etdiyini deməyə tələsməyərək, nəticələrin tam hesablanmasını gözləməyə üstünlük veirirlər.


XS
SM
MD
LG