Accessibility links

Obama administrasiyası Quantanamoda hərbi tribunalları bərpa edir


Obama administrasiyasının Kubada Quantanamoda saxlanılan terror şübhəlilərinin hərbi tribunalda mühakimə edilməsini bərpa edəcəyi gözlənilir. Lakin bu, Buş administrasiyasından fərqli olaraq, yeni hüquqi müdafiə şərtilə həyata keçiriləcək.

ABŞ-ın yüksək səviyyəli rəsmilərinin bildirdiyinə görə, yeni sistem şaiyələr nəticəsində əldə edilmiş informasiyadan istifadənin məhdudlaşdırılması, kobud rəftar nəticəsində ifadə almağın qadağan edilməsi, müttəhimlərə özlərinə vəkil seçmək imkanı verilməsi və ifadə verməkdən boyun qaçıran məhbusların daha artıq müdafiə olunmasını nəzərdə tutur.

Buş dövrünün sistemini tənqid edən prezident Obamanın hüquqi system müəyyənləşənə qədər məhkəmənin qərarını gözləyən işlərə 120 gün möhlət verilməsini istəyəcəyi gözlənilir.

XS
SM
MD
LG