Accessibility links

Rusiya Avropa Birliyinin ‘Şərq tərəfdaşlığı’ planlarına qarşı çıxır


Rusiyanın liderlik etdiyi Müstəqil Dövlətlər Birliyi təşkilatının icraçı katibi Sergey Lebedev bəyan edib ki, Azərbaycan da daxil olmaqla, Avropa Birliyinin «Şərq tərəfdaşlığı» proqramına qoşulan ölkələri MDB-də çətinlikləri yarana bilər.

Cənab Lebedev qeyd edib ki, bu plan baş tutsa, MDB üzvü olan ölkələr hara getmək və necə hərəkət etmək arasında seçim etməli olacaqlar, belə ki, Avropa Birliyinin yeni proqramında tələb olunan qanunvericilik islahatları sabiq Sovetlər regionu çərçivəsində əldə olunan sövdələşmələri inkar edir.

Bakıdakı Şərq-Qərb Araşdırmalar Mərkəzinin başçısı Ərəstun Oruclu isə Amerikanın Səsinə müsahibəsində deyib ki, Rusiya MDB ölkələrinin şantaj edir.

Onun sözlərinə görə, artıq Azərbaycana Moskvadan bu sahədə təzyiqlər başlayıb.

"Azərbaycanda siyasi proseslərə təsir imkanı olan kifayət qədər nüfuzlu komanda var ki, onların vasitəsilə Rusiya prosesin axarını dəyişə bilər və artıq bu proses başlayıb".

Cənab Oruclu diqqəto ona yönəldib ki, Şərq Tərəfdaşlığına dəvət alan dövlətlər MDB ilə AB arasında seçim qarşısında qalsalar, birinciyə üstünlük verərlər.

"Rusiya da bunu gözəl başa düşür. Sadəcə olaraq, Moskva bu regionu özünün nüfuz dairəsi sayır və bütün vasitələrdən istifadə etməklə, onu əlindən vermək istəmir".

Mərkəz rəhbəri Azərbaycanı ehtiyatlı olmağa çağırıb.
XS
SM
MD
LG