Accessibility links

Hindistanın hakim koalisiyası ümummilli seçkilərdə qələbə əldə edib


Hindistanın Konqres partiyasının başçılıq etdiyi hakim koalisiya ümummilli seçkilərdə böyük əksəriyyətlə qələbə əldə edib. Seçkilər Manmohan Singhi ikinci dönəm baş nazir vəzifəsi ilə təmin etmiş olur. Bu gün təşkil edilən birgə mətbuat konfransında Konqres partiyasının lideri Sonya Qandi Hindistan xalqının sözünü şəffaflıqla dediyini bildirib. O, xalqın düzgün süçim etdiyini vurğulayıb.

Hindistanın müxalifət bloku Bhrataniya Canata Partiyası məğlubiyyətini etiraf edib. Partiyanın rəsmisi xalqın qərarı ilə razılaşdığını bildirib. Koalisiya parlamentin 543 yerindən 260-nı, müxalifət isə 160-nı əldə edir. Hakim koalisiyanın müstəqil idarəçiliyi üçün isə 272 yer lazım idi.


XS
SM
MD
LG