Accessibility links

Hindistanda hakim Konqres partiyası yeni hökumətin təşkilinə başlayır


Hindistanda hakim Konqres partiyası seçkilərdə qəti qələbə əldə etdikdən sonra koalisiya hökumətinin təşkili üçün tərəfdaşlar seçməyə başlayıb. Konqres partiyasının liderləri parlamentdə əksəriyət əldə etmək üçün onlara kömək etmiş kiçik partiyaların nümayəndələri və qanunvericilərlə bu gün Dehlidə görüşlər keçirir. Partiyanın rəhbərliyi ilə alyans parlamentdə 543 yerdən 261 yeri qazanmış, ona əsas müxalif olan Bharatiya Canata partiyası isə yerlərin 159-u ala bilmişdir.Qalan yerləri kiçik partiyalar götürüb. Beş mərhələdə keçib mayın 13-də başa çatan seçkilərdə 714 milyon seçici səs verib.

XS
SM
MD
LG