Accessibility links

Manmohan Sinqh Hindistan parlamentinə yenidən lider seçildi


Hindistanın yenicə seçilmiş Konqres Partiyasının qanunvericiləri Manmohan Sinqhi ikinci dəfə parlamentə lider seçdilər. Bu gün etdiyi çıxışı zamanı cənab Sinqh iqtisadiyyatda geniş islahatlar aparacağına və geniş tərkibli hökumət yaradacağına söz verdi. Manmohan Sinqh hökumətinin istefasını prezidentə formal olaraq dünən təqdim edib. Bu həftənin sonunda isə o, özünün yeni hökumətinin təşkili barədə məlumat verəcək. Bu yaxınlarda keçirilən seçkilər nəticəsində hakim Konqres Partiyası 543 nəfərlik parlamentdə 261 yer əldə edib.

XS
SM
MD
LG