Accessibility links

Barak Obama Tanzaniya prezidentini qəbul edəcək


ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, o, Tanzaniya prezidenti Cakaya Kikveteni Ağ Evdə sabah qəbul edəcək. Ağ Evin açıqladığı bəyanatda deyilir ki, iki lider Afrikada stabillik və iqtisadi inkişafın yollarını müzakirə edəcək. Cənab Obama və onun tanzaniyalı həmkarı Səhraaltı Afrikanın regional problemlərini müzakirə edəcəklər. Bəyanatda habelə deyilir ki, Barak Obama Tanzaniya dövlət başçısı ilə birgə problemlərin həlli barədə müzakirələr aparacaq. Buraya qlobal maliyyə böhranı və onun Afrikaya təsirləri də daxildir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının keçən ay açıqlanan hesabatında deyilir ki, bu il Afrikada iqtisadi artımının 50 faiz azalacağı gözlənilir.

XS
SM
MD
LG