Indoneziya rəsmilərinin bildirdiyinə görə, bu gün hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 98 nəfərin qətlə yetirilib, 10 nəfər yaralanıb. Herkules C-130 hərbi nəqliyyat təyyarəsinin bu gün səhər Şərqi Cavadakı hərbi bazaya enərkən qəzaya uğradığı bildirilir. Təyyarədə hərbi personal və onların ailə üzvləri də daxil edilməklə, yüz nəfərdən çox adamın olduğu deyilir. İndoneziya televiziyası ilə təyyarənin qalıqlarının yandığı kadrlar nümayiş etdirilib. Kardrlarda təyyarənin yalnız quyruq hissəsinin zədələnməmiş qaldığı göstərilib.
Hərbi habi hava qüvvələrinin sözçüsü, birinci marşal Bambanq Solistyo qəzanın səbəbləri barədə təhqiqat aparıldığını və ölənlərin sayının artacağının təxmin edildiyini, 15 nəfərin isə sağ qaldığını deyir.
İndoneziya rəsmiləri qəzaya
uğrayan təyyarənin təxminən 30 il bundan əvvəl istehsal edildiyini deyirlər.