Accessibility links

ABŞ hökuməti Əfqanıstanda müqavilələrin yerinə yetirilməsinə nəzarətə dair ilk hesabatını açıqlayıb


ABŞ hökumətinin yeni hesabatında deyilir ki, Əfqanıstanıntəhlükəsizlik qüvvələrinə təlim verilməsinə görə məuliyyət daşıyan ABŞ hərbi komandanlığı bir neçə milyon dollarlıq müqavilələrə nəzarət edə bilmək qabiliyyətinə malik deyil.

Əfqanıstanda Yenidənqurma üzrə Xüsusi Baş Müfəttişin ilk hesabatında göstərilir ki, komandanlığın ABŞ-ın ayırdığı vəsaitin effektiv bölüşdürülməsi və müvafiq şəkildə xərcləndiyini təmin etmək üçün lazımı mexanizmləri yoxdur.

Birgə Təhlükəsizliyin Ötürülməsi üzrə Komandanlıq əfqan ordusuna və polis qüvvələrinə yardım göstərmək üçün nəzərdə tutulan 15 milyard dollarlıq ABŞ proqramlarına nəzarət edir.

Bu günkü hesabatda diqqət Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təlim vermək məqsədilə ayrılmış 404 milyon dollarlıq müqavilələrə yönəlib.

XS
SM
MD
LG