Accessibility links

Qazaxıstan ATƏT-in sədri kimi terrorizm və Əfqanıstanın bərpasını əsas prioritetlər edəcək


Qazaxıstan bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının sədri vəzifəsini icra etməyə başladığı vaxt ölkə üçün əsas prioritetlər terrorizm və Əfqanıstanın bərpası olacaq.

Qazaxıstan parlamentinin spikeri Kasımjormat Tokayev Qazaxıstan ATƏT-in sədrlik edəcək ilk Mərkəzi Asiya dövləti olmağa hazırlaşdığı vaxt diqqət mərkəzində olan məsələləri açıqlayıb. O deyib ki, narkotik maddələr, silah və insan alveri kimi məsələlər də əsas prioritetlərdən olacaq.

Qazaxıstran 2010-cu ildə ATƏT-ə sədrlik etməzdən öncə ölkədə demokratik islahatları sürətləndirmək üçün təzyiqlərlə qarşılaşmışdı.

Qərargahı Nyu Yorkda yerləşən Human Rights Watch təşkilatı bildirib ki, Qazaxıstan gələn yeddi ərzində ölkədə insan haqlarının vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olmalıdır.

XS
SM
MD
LG