Accessibility links

BMT-nin baş katibi Şri-Lankada qaçqın düşərgəsində olub


BMT-nin baş katibi Şri-Lankanın aylarla davam edən vətəndaş müharibəsi nəticəsində evsiz qalan insanların düşərgəsində olub. Pan Gi Mun Manik Ferması adlanan düşərgədəki klinikada yaralılara baş çəkib. Bu düşərgədə 22000 insan çadırlarda yaşayır.BMT-nin baş katibi qaçqınlara beynəlxalq ictimaiyyətin yardımını əldə edəcəyinə vəd verib.

Pan Gi Mun Şri- Lankanın qaçqınlar üçün gördüyü işləri yüksək qiymətləndirib, lakin beynəlxalq yardıma ehtiyac duyulduğunu bildirib. Daha sonra o, vertolyotla müharibə gedən əraziləri seyr edib. Bu gün axşam Pan Gi Mun Şri-Lanka prezidenti Mahinda Rajapaksa ilə görüşüb.

XS
SM
MD
LG