Accessibility links

Birma müxalifətinin lideri hüquqi müdafiəyə hazırlaşır


Birma müxalifətinin lideri Aunq San Suu Kyinin vəkilləri deyir ki, onlar öz müdafiələrini bu həftə təqdim edəcəklər. Nobel sülh mükafatı laureatı ev dustaqlığının şərtlərini pozmadığını deyir. Hazırkı ittihamlar bu ayın əvvəlində baş vermiş insidentdən doğur. Həmin hadisə zamanı bir Amerikalı şəxs Aunq San Suu Kyinin gölkənarı iqamətgahına üzərək orada iki gün qalmışdı. Müxalifət liderinin vəkilləri deyir ki, o, Amerikalıdan evi tərk etməyi xahiş etmiş, lakin müsafir yorğun olduğu üçün geri dönə bilməyəcəyini demişdi. Xanım Kyi son 19 ilin 13-nü ev dustaqlığı şəraitində keçirib.
XS
SM
MD
LG