Accessibility links

Quantanamo məhbəsinin bağlanmasına dair qərar debatlar mövzusudur


Amerikada bayram həftəsi olmasına baxmayaraq, Quantanamo məhbəsinin bağlanmasına dair Obama administrasiyasının qərarı debatlar mövzusudur. Bu həftə sonu Amerika tele-şirkətlərinin keçirdiyi müsahibələrdə məsələ ətrafında müxtəlif fikirlər səslənib. Bəzilər bunun hədsiz mürəkkəb bir məsələ olduğunu, digərləri isə bunun həllinin çox asan bir iş olduğunu deyir.

ABC tele-şirkətinə müsahibəsi zamanı ABŞ-ın hərbi qərargahlar rəisi, admiral Maykl Müllen məhbəsin bağlanması fikrini dəstəklədiyini deyib. Admiral Pentaqonun Barak Obamnın ilin sonunadək Quantanamonun bağlanması planı üzərində gərgin iş apardığını bidlirib. Arizona ştatından senator Con Kayl Fox News-a müsahibısi zamanı bu fikrin tamamilə əleyhinə olduğunu bildirib.

Senator terroizmdə şübhələnilənlərin Quantanamoda saxlanmaqdansa, nəyə görə başqa bir ştata köçürülməsinə ehtiyac duyulduğunu başa düşmədiyini deyir.

Lakin onun Senatdakı həmkarı Dik Durbin tamamilə başqa bir mövqedən çıxış edib.İllinoiz senatoru Durbin deyib ki, ABŞ-da terrorçuların məhkəmələri uğurla keçirilib. İndiyədək 347 nəfər terrirzmlə ittiham edilib.

CBS tele-şirkətinə müsahibəsində ABŞ-ın sabiq dövlət katibi Kolin Pauel Quantanamo məhbəsinin 11 sentyabr terror aksiyalarından sonra götürülən ölçülərdən biri olduğunu və bunun Amerikanın təhlükəsizliyinə xidmət etdiyini deyib.

Sabiq dövlət katibi deyib ki, Buş administrasiyası Quantanamo məhbəsini bağlamaq istəyib, lakin bundan doğan problemlərin həlli buna imkan verməyib.Kolin Pauel deyib ki, prezident Obamanın planlarını açıqlamadan Koqresdən həbsxananın bağlanması üçün vəsait ayrılmasını istəməsi yanlışlıq idi. ABŞ prezidenti Barak Obamanın yanvar ayınadək bağlanacağına vəd verdiyi Quantanamo məhbəsində 240 məhbus saxlanılır.


XS
SM
MD
LG