Accessibility links

Gürcüstan dövlət televiziyası qarşısında qumbara partladılıb


Gürcüstan polisinin bildirdiyinə görə, müxalifətin prezident Mixail Saakaşviliyə qarşı etiraz aksiyalarının keçirildiyi dövlət televiziyası studiyasının yanında bu gün qumbara partladılıb. Əsasən Tbilisidə yayımlanan Maestro televiziyasından alınan məlumatda deyilir ki, partlayış nəticəsində studiyanın giriş qapısının sıradan çıxmasına baxmayaraq, xəsarət alan olmayıb. Partlayışın məsuliyyətini öz üzərinə götürən olmayıb. Qumbara keçən ilki prezident seçkilərində Saakaşviliyə uduzan müxalifət liderinin qardaşının canlı yayım apardığı vaxt partlayıb.

Artıq 6 həftədir ki, prezident Saakaşvilinin istefasını tələb edən nümayişçilər şəhərin əsas yollarını bağlamışlar.

XS
SM
MD
LG