Accessibility links

Ali Məhkəməyə qadın hakim nominasiya edildi


ABŞ prezidenti Barak Obama Ali Məhkəmənin təqaüdə çıxan hakiminin yerinə qadın hakim Sonia Sotomayoru nominasiya edib. Nominasiyasının bu gün Ağ Evdə elan edilib. Senatın təsdiqini əldə etdiyi təqdirdəilk ispan mənşəli hakim Ali Məhkəmənin 9-cu üzvü olacaq.

Həftə sonunu Barak Obama hakim Deyvid Souterin yerinə namizədlərin nəzərdən keçirilməsinə sərf etmişdi. Sabiq prezident Corc Buş tərəfindən təyin edilən hakim Souter liberal baxışlarına görə tənqid edilirdi. ABŞ prezidenti Barak Obama Amerika konstitusiyasının prinsiplərinə sadiq və xalqın ümdiləri və problemlərini nəzərə alan bir hakim axtardığını deyirdi.


XS
SM
MD
LG