Accessibility links

Boliviya və Venesuela İsrailin hesabatına etiraz edir


Boliviya İranı nüvə proqramı üçün uranla təmin etdiyini inkar edərək, nüvə enerjisi və nüvə silahları üçün heç vaxt heç bir material istehsal etmədiyini bildirib. Venesuela prezidenti Uqo Çaves də Boliviya rəsmilərinin etirazına qoşulub. Etirazlar İsrail hökumətinin hər iki ölkəni İranı uranla təmin etdiyi deyilən məxfi hesabatından sonra səslənir. Boliviya rəsmisi Huan Ramon Kuintana İsrailin kəşfiyyat agentliyinin məlumatını əsassız adlandırıb. Venesuela və Boliviyanın İranı nüvə proqramı üçün uranla təmin etdiyi deyilən sənəd Associated Press tərəfindən açıqlanıb. Boliviyanın Xarici İşlər Naziriliyi bu ittihamlara rəsmi cavab hazırlayır. Venesuela yanvar ayında İsrailin Qəzzaya qarşı hücumlarına etiraz olaraq, o ölkənin diplomatlarını Venesueladan xaric edib. İsrail də Venesuelaya eyni addımla cavab verib. Qəzza hücumları Boliviya ilə İsrailin də münasibətlərinə gərginlik gətirib.

XS
SM
MD
LG