Accessibility links

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Çindədir


ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çin prezidenti Hu Tsuntau və baş naziri Ven Tsiabao ilə görüş keçirib. Görüşlərin hər ikisində də xanım Pelosi Çin hökumətinin iqtisadi siyasətini yüksək qiymətləndirdiyini və Çinlə Amerikanın istixanə qazlarının ixtisarında daha yaxından əməkdaşlıq edəcəyinə ümid bəslədiyini deyib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi hər iki ölkənin administarsiyası və konqreslərini iqlim dəyişikliyi ilə mübarizəyə səsləyib. Kaliforniya ştatında demokrat nümayəndə Pelosi son 20 ildə Pekini insan hüquqlarının vəziyyəti, Çinin avtoritar hökumətinə normal ticarət imkanları verilməsi və Olimpiya oyunlarının o ölkədə təşkilinə görə dəfələrlə tənqid edib. İqlim dəyişikliyi ilə mübarizə məsələsi Obama administrasiyasının Çinlə əməkdalığın yeni bir sahəsidir.


XS
SM
MD
LG